Xəbər lenti

Timsahlara toyuq yedizdirdi, məhkəməlik oldu
Dünya 13:43 29.09.2024

Timsahlara toyuq yedizdirdi, məhkəməlik oldu

Avstraliyada bir kişi timsahlara toyuq atıb və məhkəmə qarşısına çıxarılıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə "9 News" yazıb.

Məlumata görə, 58 yaşlı Piter Smit heyvanlara qarşı şiddətli amansızlıqda günahını etiraf edib. Eyni zamanda, kişinin vəkili qeyd edib ki, kənddə böyüyən müştərisi sadəcə olaraq vəhşi təbiət parkında ac timsahı yedizdirmək istəyib. 

Məhkəməyə səbəb olan insident yanvarın 2-də Yeni Cənubi Uelsdəki Oakvale Farm and Fauna World-də baş verib. Smitin yırtıcıya yedizdirdiyi Betti Uayt adlı toyuq burada böyüyüb və ziyarətçilər tərəfindən sevilib. İddialara görə, kişi şoka düşmüş şahidlərin gözü qarşısında onu qapalı yerdən götürüb və timsahların arasına atıb.

Parkın sahibi rəhbərlik və işçi heyətinin toyuğun taleyindən dərin kədərləndiyini bildirib: "Parkın 43 ili ərzində ilk dəfədir ki, ictimaiyyətin bir üzvü tərəfindən belə qəddarlıqla qarşılaşırıq".

Təqsirləndirilən şəxsləri iki il həbs və 24 min dollar cərimə gözləyir.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->