Əfqanıstanda Taliban rejim əleyhinə çıxış edən yerli hüquq müdafiəçisini təhqir edib.
Qaynarinfo xəbər verir ki, bu barədə "The Guardian" yazıb.
Silahlı şəxslər Taliban həbsxanasının divarları arasında əfqan hüquq müdafiəçisinə qrup şəklində təcavüz edib və işgəncə veriblər. Onlar zorakılıq hərəkətini telefon kamerasına çəkib və daha sonra zərərçəkənə göndəriblər. Britaniya nəşrinin əldə etdiyi səs yazısında gənc qadının soyunmağa məcbur edildiyi, daha sonra isə iki kişinin onu təkrar-təkrar zorladığı göstərilir. Taliban qurbanı onların rejiminə qarşı mübarizəni davam etdirəcəyi təqdirdə videonu yaymaqla hədələyib.
O, Talibana qarşı ictimai etirazda iştirak etdiyinə görə həbs edildiyini və Taliban həbsxanasında həbsdə olarkən təcavüzə məruz qaldığını izah edib. Bundan sonra qadın Əfqanıstanı tərk edə bilib. Səs yazısı ona ölkədən kənarda Talibana qarşı yenidən çıxış etdikdən sonra göndərilib.
"The Guardian" yazır ki, Əfqanıstanda həbsdə olan qadınlara qarşı cinsi zorakılığa dair sübutlar getdikcə artır. Taliban həmçinin zina etdiklərinə görə qadınların kütləvi şallaqlanması və daşqalaq edilməsinin bərpa olunduğunu elan edib. Qadın məhbuslar da elektrik cərəyanına məruz qalırlar. Buna baxmayaraq, fəallar ictimai etiraz aksiyaları təşkil etməkdə və Taliban rejimini tənqid etməkdə davam edirlər. Bununla belə, Taliban sözçüsü Zabhullah Mücahid həbsxanalarda qadınlara qarşı geniş yayılmış cinsi zorakılıq iddialarını təkzib edib.
Aydın
Şərhlər