Xəbər lenti

Taliban Əfqanıstana qarşı beynəlxalq sanksiyaların ləğvini istəyir
Dünya 23:30 01.07.2024

Taliban Əfqanıstana qarşı beynəlxalq sanksiyaların ləğvini istəyir

Taliban beynəlxalq ictimaiyyətin Əfqanıstana qarşı ticarət və maliyyə sanksiyalarının tezliklə ləğvinə ümid edir. 

Qaynarinfo xəbər verir ki, bunu Taliban hərəkatının rəsmi nümayəndəsi Zəbihullah Mücahid BMT-nin Əfqanıstan üzrə Doha konfransında bildirib.

Mücahid Qətərin paytaxtında verdiyi açıqlamada deyib: "Əfqanlar dünya ilə müsbət qarşılıqlı əlaqələri inkişaf etdirməyə yönəlmiş bir sistem yaratdılar, lakin cavab olaraq sanksiyalar və məhdudiyyətlərlə üzləşdilər".

O qeyd edib ki, siyasi fikir ayrılıqları Əfqanıstan xalqına təhlükəsizlik, siyasət və iqtisadiyyat məsələlərində təzyiq üçün səbəb olmamalıdır.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->