Xəbər lenti

Sudan toqquşmalarında ölənlərin sayı 600-ü ötdü
Dünya 08:55 21.04.2023

Sudan toqquşmalarında ölənlərin sayı 600-ü ötdü

Aprelin 15-də Sudan ordusu ilə Sudanda çevik reaksiya qüvvələri (xüsusi təyinatlılar) arasında toqquşmalar başlayandan bəri 600-dən çox adam ölüb. 

Qaynarinfo xəbər verir ki, bu barədə TASS "Al Hadath” telekanalına istinadən yazır. Xəbərə görə, bu barədə Sudanın səhiyyə naziri Haysham Məhəmməd İbrahim məlumat verib.

"Sudanda toqquşmalarda 600-dən çox insan həlak olub", - Səhiyyə Nazirliyinin rəhbəri bildirib. İbrahim əlavə edib ki, Xartumda gedən döyüşlər nəticəsində 125 xəstəxanaya ciddi ziyan dəyib.

İbrahim qeyd edib ki, hazırda "nazirlik xaricdən yardım almaqda böyük çətinliklərlə üzləşib”. Onun sözlərinə görə, "müharibə uzanarsa, ölkə xəstəliklərdən və epidemiyaların yayılmasından əziyyət çəkəcək”.

Sudanlı nazir döyüşən tərəfləri hospital və xəstəxanalara hücumların qarşısını almağa çağırıb. "Tibbi obyektlər qorunmalıdır", - Sudan Səhiyyə Nazirliyinin rəhbəri deyib.

Bundan əvvəl Ümumdünya Səhiyyə Təşkilatı ordu ilə xüsusi təyinatlılar arasında davam edən toqquşmaların altıncı günündə ölən mülki vətəndaşların sayının 330-a çatdığını, 3200 nəfərin yaralandığını bildirmişdi.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->