"Şahin Şıxlinski bizim qohumdur. Ümumiyyətlə, bütün Şıxlinskilərin hamısı bir-birinə qohumdur. Təbii ki, Şahini yaxşı tanıyıram. O, keçmiş sovet dövründə hərbi xidmətini Yekaterinburqda çəkib.
Ondan sonra orada hüquq təhsili alıb. Hüquqşunasdır və hüquq şirkəti var. Ömrünün demək olar ki, çox hissəsini - beşdə dördünü Rusiyada yaşayıb. Orada çox nüfuzlu şəxslərdən biridir, biznesmendir”.
Qaynarinfo xəbər verir ki, bunu "Teleqraf”a "Ayna” və "Zerkalo” qəzetlərinin təsisçisi və baş redaktoru Elçin Şıxlı Yekaterinburqdakı Azərbaycan diasporunun sədri Şahin Şıxlinskinin Rusiya xüsusi xidmət orqanları tərəfindən saxlanılmasına münasibət bildirərkən deyib.
O, Şahin Şıxlinskinin dəfələrlə ulu öndər HeydərƏliyevin qəbulunda olduğunu bildirib:
"Onun Yekaterinburq vilayətinin qubernatoru ilə gözəl əlaqələri var idi. Yəni, o, olduğu bölgədə tanınmış, nüfuzlu adamdır. Bu baxımdan Şahinin hansısa kriminal hadisəyə görə saxlanılması biabırçılıqdır. İyunun 27-də Yekaterinburqda həbs edilən bir neçə soydaşımızın hüquqlarını məhkəmədə Şahin və oğlu Mutvali Şıxlinski (o da vəkildir - red.) qoruyub, onların bəzisinin həbsdən azad edilməsinə nail olublar”.
Elçin Şıxlı bildirib ki, Şahinin bu şəkildə həbsi gözlənilmirdi:
"Amma görünür, Rusiya rəhbərliyi başını itirib. Baş verənlər Rusiya ilə diplomatik əlaqələrimizi ciddi şəkildə zədələyəcək”.
Şərhlər