Xəbər lenti

Spikerdən deputata irad:
Ölkə 13:16 03.02.2025

Spikerdən deputata irad: "Bu ifadə parlament sözü deyil"

"Mənfur sovet hökuməti dövründə Mərkəzi Komitənin qəzetində şöbə müdiri idim. Həkim haqqında adi xoş söz demək də qadağan olunmuşdu".

Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Aqil Abbas deyib. 

O bildirib ki, bütün televiziyalarda bir arvad boğuşmasıdır, bir də həkimlərin, dərmanların reklamıdır:

"Buna bir əncam çəkilməlidir. Bu qədər həkim reklamı düzgün deyil. Yaz sessiyasında "Reklam haqqında" yenidən baxılmalıdır. Düzdü, bu, televiziyalara böyük ziyan vuracaq. Onlar arvad davası, həkimlərin reklamı ilə qidalanırlar".

Spiker Sahibə Qafarova isə deputatın bu çıxıçına irad bildirib: "Arvad davası, arvad boğuşması parlament sözü deyil". 

Qafqaz Rafiqoğlu

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->