Xəbər lenti

Son 6 gün: OBA ilə ideyanı reallığa çevirmək fürsətini qaçırma! (FOTO)
Foto 16:10 13.10.2025

Son 6 gün: OBA ilə ideyanı reallığa çevirmək fürsətini qaçırma! (FOTO)

Veysəloğlu Şirkətlər Qrupuna daxil olan "OBA” marketlər şəbəkəsi innovasiya və startapların dəstəklənməsi məqsədilə hazırlanan "SİD” (Sənin İdeyan Dəstəklənir) layihəsi çərçivəsində ölkənin müxtəlif universitetlərində tələbələrlə görüşlər keçirib. Bu görüşlər Azəraycan-Fransız Universiteti, Azərbaycan Texniki Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində təşkil olunub. 

Görüşlərdə "OBA” marketlər şəbəkəsinin Təlim və İnkişaf üzrə baş mütəxəssisi Samir Qulamzadə iştirakçılara layihənin məqsədləri, imkanları və necə iştirak etmək barədə geniş məlumat verib. O bildirib ki, "SİD” layihəsi pərakəndə satış sahəsində həyata keçirilən ilk böyük innovasiya proqramıdır və gənclərə öz yaradıcı ideyalarını ortaya qoymaq, inkişaf etdirmək və həyata keçirmək üçün geniş imkanlar yaradır.

Layihə çərçivəsində iştirak edənlərə 10.000 AZN-lik mükafat fondu, mentor dəstəyi, ideyaların prototiplərinin hazırlanması, akademik və karyera dəstəyi, həmçinin iş və təcrübə imkanları ətraflı izah olunub. Görüşlər zamanı tələbələr maraqlandıqları sualları birbaşa layihə meneceri ilə bölüşüb və cavablarını alıblar.

"OBA” marketlər şəbəkəsi Azərbaycanda innovasiya və startapların inkişafına dəstək verərək, gənc istedadların üzə çıxarılması və ölkənin innovasiya ekosisteminin güclənməsi üçün çalışır. Bu layihə gənclərə öz ideyalarını reallaşdırmaq və gələcək karyeralarında uğur qazanmaq üçün əvəzsiz imkanlar təqdim edir.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->