Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Neft Emalı Zavodunda qeydə alınan yanğın hadisəsi nəticəsində xəsarət alan yoxdur.
Bu barədə Qaynarinfo-ya "SOCAR Downstream Management" MMC-ə istinadən xəbər verir.
Məlumatda deyilir ki, yanğın Neft Emalı Zavodunun koks qurğusunda qeydə alınıb: "Hazırda Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri alovun söndürülməsi istiqamətində işləri davam etdirir. Əlavə məlumat təqdim olunacaq”.
Şərhlər