Heyət Təhrir əş-Şam təşkilatının başçılıq etdiyi silahlıların Suriyanın ikinci ən böyük şəhəri olan Hələbin Qərb rayonlarının 40%-dən çoxuna nəzarəti ələ keçirdikləri iddia edilir.
Qaynarinfo xəbər verir ki, bu barədə "Al Mayadeen" telekanalı öz müxbirinə istinadən məlumat yayıb.
Digər təfərrüatlar açıqlamayıb.
Noyabrın 28-də CNN telekanalı Suriyanın silahlı müxalifət qruplarının Hələb vilayətinin qərb bölgələrində hökumət qoşunlarına qarşı irimiqyaslı hücuma keçdiyini bildirib. Kanalın mənbəsinin məlumatına görə, nəticədə silahlılar 13 yaşayış məntəqəsini, o cümlədən strateji əhəmiyyətli Urm əs-Suğra və Əncar şəhərlərini ələ keçiriblər.
Aydın
Şərhlər