"Əl-Qaidə” lideri Ayman əl-Zəvahirinin Əfqanıstanın paytaxtı Kabildə ABŞ-ın pilotsuz uçan aparatının zərbəsi nəticəsində öldürülməsi təbii olaraq diqqəti indi təşkilatın rəhbərliyinə kimin keçə biləcəyinə yönəldib.
Qaynarinfo bu barədə BBC-yə istinadla xəbər
verir.
Misirdə doğulmuş Seyf əl-Ədl daha real namizəd kimi görünür. O, vaxtilə əl-Zəvahirinin müavini adlandırılan və onun yerinə keçmək üçün ən yaxşı şansa malik olduğu güman edilən beş Əl-Qaidə veteranından ibarət qrupdan sağ qalan yeganə şəxsdir.
Ümumi inanc budur ki, Seyf əl-Ədl hazırda İranda Ev dustağıdır və məhdudiyyətlər altında yaşayır. İran və Əl-Qaidə bir-birinə düşməndir, lakin Amerika adlı ortaq düşmənin mövcudluğu ikisini bir-birinə daha da yaxınlaşdıra bilər.
Əl-Qaidə lideri olacağı iddia edilən şəxsin Əl-Qaidədən əvvəlki həyatı haqqında çox az şey məlumdur. FTB-nin məlumatına görə, əl-Ədl 1963-cü il aprelin 11-də və ya ondan üç il əvvəl, 1960-cı ildə anadan olub.
Əl-Qaidədəki mövqeyinə baxmayaraq, o, əsasən qrupun təbliğatında aşağı nüfuza malik olub. Onun həqiqi kimliyinə də şübhələr var. Onun adı Seyf əl-Ədl (ərəbcə Ədalət Qılıncı) çox güman ki, partizan ləqəbidir.
Əl-Ədl Əfqanistana 90-cı illərin ortalarında, məhz Taliban Əfqanıstanda öz hökmranlığını möhkəmləndirərkən qayıdıb. O, 2001-ci ildə ABŞ-ın işğalından qısa müddət sonra yenidən ölkədən gedib və bir qrup Əl-Qaidə əməliyyatçısını İran təhlükəsizlik rəsmilərinin gözündən yayınaraq gizli evlər şəbəkəsi vasitəsilə (İraqa köçürmək üçün) İrana aparıb.
Onun 2003-cü ildə İran hakimiyyəti tərəfindən ələ keçirildiyi və 12 il sonra bir neçə digər Əl-Qaidə üzvü ilə birlikdə məhbus mübadiləsi zamanı sərbəst buraxıldığı güman edilir.
Amerikalı terror eksperti Kolin P. Klark iddia edir ki, əl-Ədl hələ də İrandadır və "məhdud ev dustaqlığı"ndadır.
Əl-Qaidənin digər tanınmış üzvü Əbu Məhəmməd əl-Misri 2020-ci ildə Tehranda İsrail komandolarının gizli əməliyyatı nəticəsində öldürülüb.
Aydın
Şərhlər