Vətəndaş Sevda Sanaliyevanın bir nəfər tərəfindən təqib edilməsi ilə bağlı müraciəti araşdırılıb.
Bu barədə Qaynarinfo-ya DİN-in Mətbuat xidmətindən bildirilib.
Qeyd olunub ki, həmin şəxs müəyyən olunaraq polis orqanına dəvət edilib.
Araşdırmanın nəticəsinə əsasən həmin şəxs saxlanılıb. Barəsində protokol tərtib edilib. Baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndəriləcək.
Qeyd edək ki, müğənni Sevda Sanaliyeva təqib olunması barədə sosial şəbəkədə müraciət yayıb.
Şərhlər