Xəbər lenti

Selçuk Bayraktaroğlu Bakıya gəlir
Siyasət 14:32 14.09.2025

Selçuk Bayraktaroğlu Bakıya gəlir

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Selçuk Bayraktaroğlu Azərbaycana səfər edəcək.

Qaynarinfo xəbər verir ki, Selçuk Bayraktaroğlu Nuri Paşanın komandanlığı ilə Qafqaz İslam Ordusunun Bakıya gəlişi və Bakının bolşevik işğalından azad edilməsinin 107-ci ildönümü münasibətilə Türk və Azərbaycan şəhidliklərində Selçuk Bayraktaroğlunun iştirakı ilə anım mərasimi keçiriləcək.

Daha əvvəl Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev bildirib ki, ordu generalı Selçuk Bayraktaroğlunun ölkəmizə nəzərdə tutulan səfəri ordularımız arasında əlaqələrin daha da möhkəmlənməsinə xidmət edəcək.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->