Xəbər lenti

Salyanda 67 yaşlı
Video 19:20 04.01.2026

Salyanda 67 yaşlı "Moskviç": "İndiki məzənnə ilə təxminən 100 min dollar qiyməti var" (VİDEO)

Salyanın Qaraçala kənd sakini Fazil Dadaşovun illərdir qoruyub saxladığı nadir avtomobil yerli sakinlərlə yanaşı, xarici turistlərin də böyük marağına səbəb olur.

Baku TV-nin mövzu ilə bağlı süjetini təqdim edirik:

Söhbət 1958-ci il istehsalı olan "Moskviç" markalı avtomobildən gedir. Fazil Dadaşov bu avtomobili uzun illərdir göz bəbəyi kimi qoruduğunu deyir.

Onun sözlərinə görə, maşın, sadəcə, nəqliyyat vasitəsi deyil, ailə tarixinin və xatirələrin canlı yadigarıdır:

"Bu maşın atamdan mənə qalıb. Artıq 67 ildir sürülür. Vaxtilə bu avtomobillə çox gəlin aparıblar. O dövrdə 47 min rubl dəyəri olub, dövrün dollar məzənnəsi ilə hesablayanda təxminən 100 min dollara bərabər edir. Xaricdən gələn qonaqların hamısı maşına maraq göstərir, şəkil çəkdirirlər".

--> -->