Xəbər lenti

Konfrans Liqası:
İdman 21:58 31.07.2025

Konfrans Liqası: "Sabah" III təsnifat mərhələsində

UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Petrok”a (Moldova) qalib gələn "Sabah” növbəti raunda adlayıb.

Qaynarinfo xəbər verir ki, Əlincə stadionunda baş tutan matç Bakı təmsilçisinin 4:1 hesablı qələbəsi ilə bitib.

"Bayquşlar”ın heyətində Coy Lens Mikels (21,28, 44) het-trik edib. Digər qolu isə Pavol Şafranko (45+2) qonaqların qapısından keçirib. Moldova kollektivinin qolu 42-ci dəqiqəyə təsadüf edib. Ev sahiblərinin heyətində Steve Solvet (42) avtoqol müəllifi olub.

Qeyd edək ki, səfərdə baş tutan ilk oyunda bakılılar 2:0 hesablı qələbəyə sevinmişdi.

Beləliklə, iki görüşün nəticəsinə əsasən "Petrokub”u mübarizədən kənarlaşdıran "Sabah” adını III təsnifat mərhələsinə yazdırıb. Valdas Dambrauskasın rəhbərlik etdiyi kollektiv pley-off mərhələsinə gedən yolda UEFA Avropa Liqasının II təsnifat mərhələsində baş tutacaq "Levski” (Bolqarıstan) - "Braqa” (Portuqaliya) matçının məğlubu ilə qarşılaşacaq.

Konfrans Liqası
II təsnifat mərhələsi
Cavab görüşləri

31 iyul
20.00 Sabah (Azərbaycan) - Petrokub (Moldova) 4:1
Qollar: Coy-Lens Mikels, 22; 28: 44. Pavel Şafranko, 45+1 - Stiv Solvet, 42 (avtoqol).
Sabah: 92. Stas Pokatilov, 3. Stiv Solvet, 7. Boyan Letiç, 10. Anatoli Nuriyev, 13. İvan Lepinitsa, 18. Pavel Şafranko (k), 20. Coy-Lens Mikels, 22. Zinədin Uld Xaled, 40. İqor Noqeyra, 70. Cesse Sekidika, 80. Akim Zedadka.
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 72. Rüstəm Samiqullin, 2. Amin Seydiyev, 6. Abdullah Xaybullayev, 5. Rəhman Daşdəmirov, 8. Ayaz Quliyev, 11. Kahim Parris, 17. Tellur Mütəllimov, 33. Umarali Raxmonaliyev, 53. Andrey Viktor, 88. Xəyal Əliyev, 99. Nyeqoş Kupusoviç.
Baş məşqçi: Valdas Dombrauskas.
Petrokub: 1. Silviu Smalenea, 23. Mixay Lupan, 90. Yon Jardan (k), 44. Cessi Cou, 66. Yon Bors, 11. Sergiu Platiça, 19. Nikolae Rotaru, 39. Teodor Lunqu, 79. Viktor Boqasius, 15. Petru Popesku, 13. Maksim Kojosaru.
Ehtiyat oyunçular: 31. Viktor Dodon, 32. Dumitu Koval, 3. Katalin Kukoş, 7. Danu Şpataru, 8. Dumitru Demian, 17. Kristian Paşkalutsa, 21. Maksim Potirnişe, 24. Südrik Ngah, 27. Vadim Dijinari, 37. Dan Puşkaş.
Baş məşqçi: Şota Maxaradze.
Baş hakim: Danilo Nikoliç (Serbiya).
Masazır, "Bank Respublika Arena".
İlk oyun - 2:0.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->