Xəbər lenti

İcra Hakimiyyətində qalmaqal: Dava saldı, həbs cəzası aldı (YENİLƏNİB)
Ölkə 17:12 01.08.2025

İcra Hakimiyyətində qalmaqal: Dava saldı, həbs cəzası aldı (YENİLƏNİB)

Saatlı Rayon İcra Hakimiyyəti başçısının müavinini xidməti otağında təhqir edən şəxs inzibati qaydada həbs olunub.

Qaynarinfo-nun məlumatına görə, 1961-ci il təvəllüdlü, Qra Nuru kənd sakini C.V. saxlanılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə protokol tərtib olunub. İşə məhkəmə baxıb.

Araşdırma zamanı məlum olub ki, 64 yaşlı C.V. Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri, icra başçısının müavini Gündüz Səmədlinin qəbuluna gəlib. Əvvəlcə əməkdaşlar ona Gündüz Səmədlinin binada olmadığını bildiriblər. Lakin o, icra hakimiyyətinin qarşısında yüksək səslə müavinə qarşı narazılığını ifadə etməyə başlayıb.

Daha sonra qəbuluna daxil olduğu müavinin otağında isə "burda bir insan yoxdur, sözümüzü deyək" deyə yüksək səslə qışqıraraq səs-küy salıb.

Məhkəmənin qərarı ilə C.V.-yə 4 gün müddətində inzibati həbs cəzası verilib.
 
***

İcra başçısının müavini Gündüz Səmədli Qaynarinfo-ya açıqlama verərək bildirib ki, hadisə baş verən gün ezamiyyətdə olub: 

"Cəzalandırılan şəxs səs-küyü mənim kabinetimdə deyil, İcra Hakimiyyətinin inzibati binasının qarşısında salıb. Həmin günü polis əməkdaşları onu etik qaydalara əməl etməyə də çağırsalar da, buna məhəl qoymayıb. Məsələ ilə bağlı artıq vətəndaşın özü ilə də görüşmüşəm. Yaranan narazılıq aradan qaldırılıb və özü də mənə təşəkkür edib".


Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->