Fransa Silahlı Qüvvələrinin məlumatına görə, NATO əməliyyatı çərçivəsində dənizaltı kabellərin Rusiya tərəfindən zədələnməsi ehtimalına cavab olaraq müşahidə uçuşu həyata keçirən Fransanın hərbi təyyarəsi "susdurulmağa" cəhd edilib və "atəş idarəetmə radarları" ilə hədəflənib.
Qaynarinfo xəbər verir ki, məlumatı "Le Figaro” qəzeti yayımlayıb. Qəzetin hərbi dairələrdəki mənbələrinə görə, Fransanın Hərbi Dəniz Qüvvələrinə məxsus təyyarənin göyərtəsində AFP agentliyinin jurnalisti
olub.
Fransa ordusunun açıqlamasında qeyd olunub ki, təyyarə NATO qüvvələrinin dənizaltı infrastruktura mümkün hücumlara cavab olaraq bölgədə yerləşdirilməsi çərçivəsində fəaliyyət göstərərkən "susdurulmağa" və "hədəfə alınmağa" cəhd edilib.
Fransa Silahlı Qüvvələrinin nümayəndəsi polkovnik Qiyom Vernenin sözlərinə görə, bu, Rusiyanın "aqressiv hərəkətlərini" göstərir:
"Bizim beynəlxalq sularda fəaliyyət göstərən təyyarəmizin radarla işarələnməsi, bu cür aqressiv hərəkətlərin əyani sübutudur".
O əlavə edib ki, bu, həmin ərazidə qeyri-adi hadisə deyil və Rusiyanın "passiv qalmadığını" göstərir.
Fransalı hərbiçinin fikrincə, təyyarə heyətinin peşəkar davranışı mümkün eskalasiyanın qarşısını alıb:
"Rus ordusu NATO təyyarəsinə hücum etməklə bağlı təhdidlərini gerçəkləşdirməkdə maraqlı deyildi, çünki bu, Alyansla əlaqələrdə qəfil və ciddi gərginlik yarada bilərdi".
Xatırladaq ki, bu həftə NATO Baltik dənizində yeni monitorinq missiyasına başlayıb. Missiya patrul gəmiləri və təyyarələrin iştirakı ilə regiondakı sualtı infrastrukturun qorunmasına yönəlib.
Bundan əlavə, Baltik dənizinə çıxışı olan səkkiz NATO üzv dövləti dənizaltı infrastrukturun zədələnməsi ilə bağlı şübhəli hallara cavab olaraq fəaliyyət planlarını açıqlayıb.
NATO-nun Hərbi Komitəsinin sədri admiral Rob Bauer 16 yanvarda bildirib ki, Rusiya sülhə nail olmaq niyyətində deyil. Bu səbəbdən NATO ölkələri hərbi əməkdaşlığı gücləndirməli və Ukraynaya dəstəyi artırmalıdır.
Alpər
Şərhlər