Xəbər lenti

Robotlar insanlaşır:
Texnologiya 23:35 14.10.2025

Robotlar insanlaşır: "Ameca" və "Nyra" - Təbii hərəkət, insana bənzər reaksiyalar

Dünyanın aparıcı texnologiya və süni intellekt tədbirlərindən biri olan "GITEX Global" hazırda Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində ziyarətçiləri qəbul edir.

Qaynarinfo xəbər verir ki, bu il 45-ci dəfə keçirilən sərgidə 180 ölkədən 6 800-dən çox şirkət iştirak edir. 17 oktyabra qədər davam edəcək tədbirdə şirkətlər süni intellektdən tutmuş kibertəhlükəsizliyə qədər bir çox sahədə hazırladıqları texnologiyaları nümayiş etdirirlər.

Sərgidə müxtəlif ölkələrdən şirkətlər özlərinin hazırladıqları insana bənzər robotları təqdim edir. Bu robotların sənaye müəssisələrində, təhsil sahəsində, logistika və şəxsi köməkçi xidmətlərində geniş şəkildə istifadəsi hədəflənir.

Qlobal insana bənzər robot bazarının dəyəri 2023-cü ildə 1,8 milyard dollar təşkil edib. Süni intellekt və batareya texnologiyalarındakı irəliləyiş sayəsində bu rəqəmin 2028-ci ilə qədər 13,8 milyard dollara yüksələcəyi gözlənilir.

"Ameca” və "Nyra” fərqliliyi ilə seçilir

"GITEX Global"da təqdim olunan insana bənzər robotlar arasında Böyük Britaniya mənşəli "Engineered Arts" şirkətinin "Ameca” adlı modeli xüsusi maraq doğurub. "Ameca” süni intellekti yüksək səviyyədə tətbiq etməklə təbii və axıcı hərəkətləri ilə diqqət çəkir.

Şirkət, sərgidə xidmət göstərilən brendə uyğun olaraq fərdiləşdirilmiş və "Nyra” adını daşıyan yeni bir robotu da təqdim edib. "Nyra”nın üz ifadələri və bədən dili daha təbii görünür, bu isə onu digər robotlardan fərqləndirir.

"Engineered Arts" nümayəndələrinin verdiyi məlumata görə, "Nyra” xüsusiyyətləri baxımından digər modellərdən daha İnsana bənzər reaksiya verir. Onun üz mimikaları və cavabları süni intellektin qabaqcıl imkanlarına əsaslanır.

Robot verdiyi cavabın məzmununa uyğun şəkildə üz ifadəsini dəyişə bilir və müxtəlif şirkətlər tərəfindən fərqli məqsədlərlə istifadə olunur. Dubaydakı bir muzeydə sərgilənən model, ziyarətçiləri qarşılayaraq onların suallarını cavablandırır.

2004-cü ildən bu yana insana bənzər robotlar üzərində çalışan "Engineered Arts" indiyədək 250-dən çox robot istehsal edib. Şirkətin sosial qarşılıqlı əlaqəyə əsaslanan bu robotları hazırda 30-dan çox ölkədə aktiv istifadə olunur.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->