Xəbər lenti

Rəşad Nəbiyev Şabranda vətəndaşları qəbul etdi (FOTO)
Foto 16:35 09.01.2026

Rəşad Nəbiyev Şabranda vətəndaşları qəbul etdi (FOTO)

Bu gün rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Şabranda bu, eləcə də Xızı və Siyəzən rayonlarının sakinləri ilə görüşüb.

Qaynarinfo xəbər verir ki, bu barədə nazir "X" sosial şəbəkəsindəki hesabında bildirib.

"Vətəndaşların nəqliyyat, telekommunikasiya və poçt xidmətləri ilə bağlı müraciətlərinə baxdıq. Göstərilən məsələlərin bir hissəsi yerində öz müsbət həllini tapdı. Digər qisminin araşdırılması ilə bağlı Nazirliyin müvafiq qurumlarına tapşırıqlar verildi", - deyə o, qeyd edib.

--> -->