Xəbər lenti

Rəşad Nəbiyev ABŞ Nəqliyyat Departamenti katibinin köməkçisi ilə görüşdü
Ölkə 12:35 09.12.2025

Rəşad Nəbiyev ABŞ Nəqliyyat Departamenti katibinin köməkçisi ilə görüşdü

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ABŞ Nəqliyyat Departamenti katibinin köməkçisi Daniel Edvards ilə görüş keçirib. 

Qaynarinfo xəbər verir ki, görüşdə Azərbaycanın regional nəqliyyat və logistika mərkəzi kimi strateji əhəmiyyəti, multimodal dəhlizlər və infrastruktur layihələri barədə ətraflı məlumat verilib.

Həmçinin Zəngəzur dəhlizinin açılması, "TRIPP” layihəsinin sürətləndirilməsi, Naxçıvan dəmir yolunun bərpası və modernləşdirilməsində ABŞ ilə əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb.

Eyni zamanda aviasiya və dəniz nəqliyyatı daxil olmaqla nəqliyyatın digər sahələrində və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edilib. 

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->