Azərbaycan millisinin üzvü Ramil Şeydayev "Kocaelispor”dan ayrılıb.
"Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
28 yaşlı hücumçunun komandanın düşərgəsini tərk etdiyi bildirilib.
Onun Bakının "Neftçi” klubu ilə anlaşdığı, yaxın günlərdə müqavilə imzalayacağı iddia edilib.
Qeyd edək ki, Ramil Şeydayev bu ilin əvvəlindən "Kocaelispor”da çıxış edirdi.
Şərhlər