Xəbər lenti

Qurbanlıq heyvanların qiyməti kəskin bahalaşdı - Təbii, yoxsa süni artım?
Ekonomiks 11:34 21.06.2023

Qurbanlıq heyvanların qiyməti kəskin bahalaşdı - Təbii, yoxsa süni artım?

"Bazar iqtisadiyyatıdır, bu nöqteyi-nəzərindən başa düşüləndir. Tələb artır, belə olan halda qiymətlər qalxır”. 

Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Əkrəm Həsənov Bərdə rayonunda 400 manata təklif olunan qurbanlıq qoyunların qiymətindən danışarkən deyib. O bildirib ki, dövlət buna müdaxilə edə bilməz: 

"Məsələnin başqa bir tərəfi qiymətlərin süni şəkildə artırılmasıdır. Bu da onların insafına qalıb”. 

Əkrəm Həsənov hesab edir ki, islama görə qurban kəsmək imkanlı şəxslərə aiddir. "Əgər kiminsə 500 manat maaş alırsa, qurbanlıq qoyunun qiyməti 400 manata satılırsa, bu o deməkdir ki, həmin adamların qurban kəsməyə imkanı çatmır. Qurbanın kəsilməsinin təyinatlarından biri odur ki, pulu olanlar kəsib pulu olmayanlara paylasın. Bizdə adətən bir çox insanlar qurban kəsir və öz ailə üzvlərinə paylayır. Qurban kasıb və pulsuzlara verilməlidir”, deyə ekspert vurğulayıb. 

Qeyd edək ki, Qurban bayramına sayılı günlər qalmış heyvan bazarında qiymətlər artıb. Bərdə rayonunda 20-25 kiloluq qoyunlar 400 manata təklif olunur. Ötən il isə 20-25 kiloluq qoyunlar 300 manata satılıb. 

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->