Xəbər lenti

Qriliş:
İdman 12:34 20.04.2024

Qriliş: "Mançester Siti" məni Erlinq Haland olmaq üçün almayıb"

"Mançester Siti"nin zədədən yenicə qayıdan futbolçusu Cek Qriliş onu tənqid edənlərə cavab verib. 

Qaynarinfo-nun məlumatına görə, azarkeşlərin tez-tez tənqidləri hətta bəzi hallarda təhqirləri ilə üzləşən futbolçu açıqlamasında bu sözləri söyləyib: 

"Bu mövsüm ağır oldu. Çox oynadım və əsas futbolçulardan biri idim. Mövsümün əvvəlində ayağım zədələndi və bu, mənim bir ay meydandan kənarda qalmağıma səbəb oldu. Bu il yenə qasıq nahiyəmdən zədə aldım. İndi özümü yaxşı formada və mühüm rol oynamalı olduğum kimi hiss edirəm. "Mançester Siti" məni 100 milyon funt-sterlinqə aldı, amma bir mövsümdə səkkizdən çox qol vurduğumu düşünmürəm. Bu, onların məni Erlinq Haland olmaq və çılğın qollar vurmaq üçün transfer etmədiklərini göstərir. Aydındır ki, daha çox qol vurmaq istəyirəm. Amma məncə, "Mançester Siti" başqa aspektlərdə nə təklif edəcəyimi bilir".

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->