Arxeoloqlar Qazaxıstan çöllərində 140 hektarlıq ərazini əhatə edən böyük bir Tunc dövrü yaşayış məskəninin qalıqlarını aşkar edib.
Qaynarinfo xəbər verir ki, Semiyarka adlanan bu şəhərin 3 min 500 ildən daha qədim olduğu və bölgədə indiyədək tapılan ən böyük planlı yaşayış yeri hesab edildiyi bildirilir.
Beynəlxalq araşdırma London Universitet Kolleci (UCL), Durham Universiteti və Torayqirov Universitetinin əməkdaşlığı ilə həyata keçirilib. Qazıntılar zamanı iki sıra halında düzülmüş, düzbucaqlı torpaq relyeflər üzərində inşa olunmuş çoxotaqlı evlərin qalıqları müəyyən edilib. Mərkəzi hissədə isə digər tikililərdən iki dəfə böyük bir bina qalıqları aşkar olunub.
Araşdırmanın baş müəllifi Dr. Miliana Radivoyevic açıqlamasında bildirib: "Semiyarka çöl icmaları haqqında düşüncələrimizi dəyişdirir"
Alimlər bildirir ki, bu tapıntı Avrasiya çöllərində tunc istehsalına dair indiyədək əldə olunan ən güclü sübutları təqdim edir. Yaşayış məskəni İrtış çayı üzərindəki yüksəklikdə yerləşir və adını ətrafdakı "Yeddi Vadidən" (Semiyarka) alır.
Aydın
Şərhlər