Yay transfer dövründə Elias Jelerti heyətinə qatan "Qalatasaray" istədiyi performansı göstərə bilməyən danimarkalıya İtaliyada alternativ tapıb.
Qaynarinfo "Calcio Mercato"ya istinadən xəbər verir ki, İstanbul klubu "Milan"ın kapitanı David Kalabriyaya elçi düşüb.
Nəşrin məlumatına görə, bu mövsüm "Milan"da heyətə düşməkdə çətinlik çəkən Kalabriya yanvarda komandadan ayrıla bilər. 27 yaşlı futbolçunun qış transfer dönəmində "Qalatasaray"a transfer oluna biləcəyi iddia edilir.
İtalyan sağ cinah müdafiəçisinin ara transfer dövründə 3-4 milyon avroluq təklifi məmnuniyyətlə qarşılayacağı iddia edilib. Xəbərdə qeyd edilir ki, təcrübəli sağ cinah müdafiəçisi yanvarda "Milan"la vidalaşsa, onun iki alternativi var: "Qalatasaray" və "Marsel".
"Milan"la müqaviləsi mövsümün sonunda başa çatacaq futbolçu bu mövsüm 3 matçda meydana çıxıb və 220 dəqiqə meydanda olub. 2015-ci ildən Milan klununun A komandasında çıxış edən David Kalabriya ümumilikdə 261 matçda 9 qol vurub, 21 məhsuldar ötürmə edib. Komandanın kapitanı olan 27 yaşlı futbolçu 2021/22 mövsümündə çempionluq sevinci yaşayıb. O, indiyədək İtasliya millisində 7 oyun keçirib.
Aydın
Şərhlər