"Bakı Metropoliteni" QSC-nin istismar üzrə baş mühəndisi vəzifəsindən azad olunub.
Qaynarinfo-nun məlumatına görə, "Bakı Metropoliteni" QSC-nin sədri Vüsal Aslanov Azad Fəxrəddin oğlu Mustafayevi öz ərizəsi ilə tutduğu vəzifəsindən azad edib.
Vüsal Aslanovun digər əmri ilə Namiq Yusibov "Bakı Metropoliteni" QSC-nin istismar üzrə baş mühəndisi vəzifəsinə gətirilib. O bundan əvvəl "Bakı Metropoliteni" QSC-nin İstehsalat Texniki Xidmətin rəisi olub.
Qeyd edək ki, Azad Mustafayev 2019-cu ildə "Bakı Metropoliteni" QSC-də istismar üzrə baş mühəndisin müavini kimi fəaliyyətə başlayıb. 2023-cü il avqustun 1-də "Bakı Metropoliteni” QSC-nin istismar üzrə baş mühəndisi təyin edilmişdi.
Əhməd
Şərhlər