Türkiyə Super Liqasının XXIX turunda "Qalatasaray" doğma meydanda "Çaykur Rizəspor"u qəbul edib.
Qaynarinfo xəbər verir ki, İstanbul təmsilçisi bu görüşdə 6:2 hesablı qələbə qazanıb.
"Qalatasaray"ın heyətində Kərəm Demirbay het-trik edib, Derrik Köhn, Lukas Torreyra və Mauro İkardi hərəyə bir qol vurub. "Çaykur Rizəspor"un qollarına isə Kasper Hocer və İbrahim Olavoyin imza atıb.
Matçın videoicmalını təqdim edirik:
Qeyd edək ki, "Qalatasaray" 29 turdan sonra 78 xalla turnir cədvəlinə başçılıq edir. 28 oyun keçirən "Fənərbağça" 73 xalla ikincidir.
Aydın
Şərhlər