"Prezidentin AMEA-nın 80 illik yubileyindəki çıxışını mən də dinləyirdim".
Qaynarinfo xəbər verir ki, bunu AYB sədri Anar Rzayev Milli Məclisdə "Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər” mövzusuna həsr edilən Konfransda bildirib.
"Çıxışı dinlədikcə düşünürdüm ki, burada qaldırılan məsələlərlə vacib olması ilə yanaşı, ondan da əhəmiyyətli odur ki, dövlət başçısı belə səlis, rəvan, zəngin Azərbaycan dilində danışır. Bu, niyə vacibdir? Çünki cənab İlham Əliyev orta məktəbi də, ali məktəbi də rus dilində bitirib və uzun zaman Moskvada yaşayıb. Amma dilin bütün imkanlarından, leksik zənginliyindən istifadə edərək Azərbaycan dilində belə gözəl danışır", deyə Anar qeyd edib
Qafqaz Rafiqoğlu
Şərhlər