Rüstəm Gülabba oğlu Xəlilov Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Qaynarinfo xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.
Dövlət başçısının digər sərəncamı ilə Sevindik Hacağa oğlu Hətəmov Salyan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
İlham Əliyevin digər sərəncamları ilə Rüstəm Xəlilov Salyan, Sevindik Hətəmov Hacıqabul İcra Hakimiyyətinin başçısı təyin edilib.
Sevindik Hətəmov
Rüstəm Xəlilov
Şərhlər