Xəbər lenti

Polşa prezidenti Ukrayna üçün Çinə getdi
Dünya 14:20 23.06.2024

Polşa prezidenti Ukrayna üçün Çinə getdi

Polşa prezidenti Anjey Duda Çinə rəsmi səfər edib. Müzakirə olunacaq mövzulardan ən mühümü təhlükəsizlik, xüsusilə də Rusiyanın Ukraynaya qarşı müharibəsi və iqtisadi məsələlərdir.

Qaynarinfo xəbər verir ki, bu barədə Polşa prezidentinin dəftərxanası məlumat yayıb.

Yola düşməzdən əvvəl keçirdiyi brifinq zamanı Polşa lideri Çin lideri Si Szinpinə "Avropanın öz hissəsində olan bütün təhlükəsizlik vəziyyətini” təqdim edəcəyini vurğulayıb.
"Bizim Ukraynada müharibəmiz var, həmçinin Belarusun Polşa sərhədində hibrid hücumları var, burada Belarus hakimiyyəti son üç ildə davamlı olaraq miqrantları bizə tərəf sıxışdıraraq onları sərhədi qanunsuz keçməyə məcbur edir", - Duda deyib. 

Polşa Prezidenti qeyd edib ki, bu səfər Avropanın təhlükəsizliyi üçün çox vacibdir. Onun sözlərinə görə, Çinin Rusiyaya təsiri çox böyükdür.

"Rusiya bu gün Ukraynada təcavüzkardır və mən bunu prezident Si Szinpinlə müzakirə etmək istərdim, mənim fikrimcə, bu məsələyə öz nöqteyi-nəzərimizi təqdim etmək son dərəcə vacibdir”, - Duda deyib.

Bir gün əvvəl Almaniyanın vitse-kansleri Robert Habek Çin hökumətinə Ukraynaya qarşı müharibədə Rusiyaya dəstək vermənin iqtisadi nəticələri barədə yenidən xəbərdarlıq edib.

NATO-nun baş katibi Yens Stoltenberq bazar ertəsi Çini Rusiyanın Ukraynaya müdaxiləsinə verdiyi dəstəyə görə cavab verməyə çağırıb.

Çərşənbə axşamı Pekin, NATO-nun "Çinə özbaşına böhtan atmaq və ona hücum etməkdənsə, özünü düşünməyə çalışmalı olduğunu" söyləyib.

Keçən həftə G7 ölkələri Ukraynaya qarşı işğal müharibəsində Rusiya hərbi maşınına maliyyə dəstəyi verən Çin və üçüncü ölkələrə qarşı tədbirlər görməyə davam edəcəklərini bildiriblər.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->