Xəbər lenti

Pekin Zelenskinin Çin və Braziliyanın “sülh planı” ilə bağlı tənqidinə reaksiya verdi
Dünya 17:23 13.09.2024

Pekin Zelenskinin Çin və Braziliyanın “sülh planı” ilə bağlı tənqidinə reaksiya verdi

Pekin Ukrayna prezidenti Volodimir Zelenskinin Ukraynada nizamlanmaya dair Çin-Braziliya "altı bəndlik konsensus”uyla bağlı tənqidi bəyanatını nəzərə alıb, lakin bu xüsusi sülh təşəbbüsü əsasında fəaliyyət göstərməyə davam edəcək.

Qaynarinfo "Ukrinform”a istinadən xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Xarici İşlər Nazirliyinin sözçüsü Mao Nin brifinq zamanı bildirib.

Nin qeyd edib ki, indi birinci prioritet münaqişənin gərginliyini azaltmaqdır.

"Buna görə də, Çin və Braziliyanın altı bənddən ibarət təşəbbüsü ilk növbədə müvafiq tərəfləri cəbhə xəttini genişləndirməkdən və hərbi əməliyyatları gücləndirməkdən çəkinməyə və cəbhədə gərginliyə səbəb ola biləcək addımlardan çəkinməyə çağırır”, - Xarici İşlər Nazirliyinin sözçüsü bildirib.

Mao Nin qeyd edib ki, Çin-Braziliya "konsensusu” da münaqişədə nüvə silahından istifadənin və ya atom elektrik stansiyalarına hücumun yolverilməz olduğunu bildirir. Bundan əlavə, o, bütün tərəfləri dialoq və danışıqları asanlaşdırmağa çağırır.
Diplomat əmin edib ki, Çin və Ukrayna müvafiq məsələlərdə, o cümlədən Çin-Braziliya "altı bəndlik konsensus”la bağlı yaxın təmasdadırlar.

Mao Nin həmçinin vurğulayıb ki, Çin dinc dialoq və danışıqları təşviq etməyə və münaqişənin siyasi həllində konstruktiv rol oynamağa davam edəcək.

Xatırladaq ki, bundan əvvəl Ukrayna prezidenti Volodimir Zelenski Braziliya və Çinin Rusiyanın Ukraynaya qarşı müharibəsini həll etmək təklifini "destruktiv” adlandırıb.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->