Xəbər lenti

Paytaxtda xırda pul problemi: Satıcılar qəpikləri niyə qəbul etmirlər? (VİDEO)
Video 20:17 21.07.2024

Paytaxtda xırda pul problemi: Satıcılar qəpikləri niyə qəbul etmirlər? (VİDEO)

Şəhərin mərkəzindəki bir çox mağaza, aptek və köşklərdə 1 ilə 3 qəpiklərlə ödənişdən imtina edirlər. Bəzilərində 5 qəpiklərlə ödənişi də götürmürlər.
 
Səbəbini soruşanda isə müştərilərin 1, 3 və 5 qəpikləri qəbul etmədiyini bildirirlər.
 
Baku TV mövzu ilə bağlı paytaxt sakinləri arasında sorğu keçirib.
 
Deyilənlərdən belə aydın olur ki, satıcılarla yanaşı, alıcılar da xırda pul götürmək istəmirlər.
 
"Satıcının verdiyi xırda pulu götürmürəm. Onu götürüb sonra hara verəcəyəm?", - paytaxt sakini deyib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->