Ermənistanın baş naziri Nikol Paşinyan İranla iqtisadi və tranzit sahələrində əməkdaşlığın genişləndirilməsi istiqamətində razılıq əldə edildiyini bildirib.
Oxu.Az bu barədə "Azad İran" "Telegram" kanalına istinadla xəbər verir.
Paşinyan Ermənistan və İran arasında dəmir yolu xətlərinin bərpasının regional iqtisadi əməkdaşlığa müsbət təsir göstərəcəyini deyib. Onun sözlərinə görə, bu layihələr yalnız İran və Ermənistan üçün deyil, həm də region ölkələri, o cümlədən Azərbaycan üçün də tranzit imkanlarının artmasına şərait yarada bilər.
"Bu dəmir yolu layihəsi işə düşərsə, Ermənistan və İranın tranzit əhəmiyyəti artacaq. Bu baxımdan, Naxçıvanın da Azərbaycanın ümumi tranzit sistemindəki rolu və əhəmiyyəti qaçılmaz olaraq artacaq", - deyə Paşinyan qeyd edib.
Şərhlər