Xəbər lenti

Pakistan baş nazirinin Azərbaycana səfəri nəyi gündəmə gətirəcək? - Politoloq
Siyasət 12:26 15.06.2023

Pakistan baş nazirinin Azərbaycana səfəri nəyi gündəmə gətirəcək? - Politoloq

"Bu səfər fonunda iki ölkə arasında həm ticarət dövriyyəsi artacaq, iqtisadi əlaqələrimiz güclənəcək, siyasi münasibətlərimiz yaxşılaşacaq, həm də beynəlxalq aləmdə birgə fəaliyyət məsələsi gündəmə gələcək”.

Qaynarinfo-ya açıqlamasında bunu politoloq Cümşüd Nuriyev Pakistan baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycana olan səfərini şərh edərkən deyib. 
 


"Pakistanla Azərbaycan arasında münasibətlər yüksək səviyyədədir. Pakistan ötən əsrdə Azərbaycanın ona etdiyi yaxşılığı itirmir. Azərbaycan da öz növbəsində 44 günlük müharibədə Pakistanın yanımızda olmasını unutmur. Pakistan İslam dünyasında əhalisi çox olan ikinci ölkədir. Əhalisinin sayı 200 milyondan çoxdur. Pakistan baş nazirinin bu səfəri göstərir ki, İslamabad Bakı ilə iqtisadi sahədə də münasibətlər qurmaq istəyir. Görünən odur ki, bu səfər fonunda iki ölkə arasında həm ticarət dövriyyəsi artacaq, həm iqtisadi əlaqələrimiz güclənəcək, siyasi münasibətlərimiz yaxşılaşacaq, beynəlxalq aləmdə birgə fəaliyyət məsələsi gündəmə gələcək. Azərbaycanda birgə müəssisələrin yaradılması üçün hər cür şərait var. Pakistanda isə toxuculuq sənayesi güclü inkişaf edib. Azərbaycan müstəqillik qazanandan Pakistan ölkəmizin yanında olub, bu gün də belədir, inanıram ki, gələcəkdə də belə olacaq”, deyə politoloq bildirib.

Qeyd edək ki, iyunun 14-də Pakistanın baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycana rəsmi səfərə gəlib. Onun səfəri çərçivəsində bu gün iki ölkə arasında təbii maye qazın tədarükü ilə bağlı saziş imzalanacaq.

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->