Xəbər lenti

Orban:
Dünya 15:46 08.07.2024

Orban: "Putin və Zelenski atəşi dayandırmağa razı olmadılar"

Macarıstanın baş naziri Viktor Orban bildirib ki, iyulun 2-də Volodimir Zelenski və iyulun 5-də Vladimir Putinlə danışıqlar zamanı o, prezidentlərə vaxt məhdudiyyəti ilə bağlı atəşkəsin mümkünlüyü barədə sual verib. Onun sözlərinə görə, prezidentlər eyni cavabı veriblər və müvəqqəti atəşkəsin düşmənə üstünlük verəcəyini bildiriblər.

Qaynarinfo xəbər verir ki, bu barədə Macarıstanın baş naziri Almaniyanın "Bild” nəşrinə müsahibəsində bildirib.

"Mən sual verdim: sülh danışıqlarını sürətləndirəcək müddətlə məhdudlaşan atəşkəs haqqında razılaşmaq olarmı? Və yalnız bundan sonra atəşkəs əsası ilə irəli getmək. Çünki indi hamı bunun əksini düşünür: əvvəlcə sülh müqaviləsi bağlanılsın, sonra silahlar yerə qoyulsun. Hər ikisi buna əmin deyil. Həm ukraynalılar, həm də ruslar eyni cavabı verdilər: atəşkəs düşmənin maraqlarına uyğundur, çünki bu müddət ərzində o, bərpa oluna və müharibəni davam etdirməyə hazırlaşa biləcək”, deyə Orban bildirib. 

Viktor Orban əlavə edib ki, həm Putin, həm də Zelenski münaqişənin necə inkişaf edəcəyinə və necə bitəcəyinə əmindirlər. Orban həmçinin müharibə zonasında vəziyyətin yaxın aylarda daha da pisləşəcəyini ehtimal edir. "Qarşıdurmanın enerjisi və qurbanların sayı daha da dəhşətli olacaq... Qarşıda bizim düşündüyümüzdən də pis olacaq”, deyə siyasətçi əlavə edib.

Xatırladaq ki, Macarıstan iyulun 1-dən ilin sonuna kimi Avropa İttifaqına sədrlik edir. Orban bəyan edib ki, bu zaman ölkə Ukraynadakı münaqişənin həlli üçün sülhməramlı missiya həyata keçirəcək. Aİ səlahiyyətliləri bildiriblər ki, Macarıstanın Aİ-yə sədrliyi ölkəyə bütün Aİ adından danışıqlar aparmaq mandatı vermir. İyulun əvvəlindən Orban Ukrayna, Rusiya və Azərbaycan rəsmiləri ilə danışıqlar aparıb. Bu gün, iyulun 8-də o, Çinə yollanıb və orada Çinin sədri Si Szinpinlə görüşüb. 

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->