Xəbər lenti

Onlara iş saatı xaricində iş zənglərinə cavab verməmək hüququ verildi
Dünya 19:02 26.08.2024

Onlara iş saatı xaricində iş zənglərinə cavab verməmək hüququ verildi

Avstraliyada milyonlarla işçiyə işəgötürənlərinin iş saatları xaricində onlarla əlaqə saxlamaq cəhdlərinə məhəl qoymamaq hüququ verən qanun qüvvəyə minib. Qanunun mətnində qeyd olunduğu kimi, artıq işçilərin işəgötürənlərdən gələn zəng və mesajlara nəzarət etməmək, habelə onları oxumamaq və cavab verməmək hüququ var. 

Qaynarinfo xəbər verir ki, bu barədə ABC məlumat yayıb.

"Biz istəyirik ki, gündə 24 saat işləmək üçün maaş almayan insanlar 24 saat işləməmək seçiminə sahib olsunlar”, - Avstraliyanın baş naziri Entoni Albanese qanunu şərh edərkən deyib. Onun fikrincə, bu, psixi sağlamlıq məsələsidir, işdən qopmaq, diqqəti ailə və şəxsi həyata keçirmək imkanıdır. Eyni zamanda, qanun şirkət və müəssisə rəhbərlərinin işdən kənar vaxtlarda işçilərə zəng etməsini qadağan etmir, sadəcə olaraq işçini əlaqə saxlamaq və cavab vermək öhdəliyindən azad edir.

İstisna, əlaqə saxlamaqdan imtinanın "əsassız” olduğu hallardır. Qanunun mətnində konkretliyin olmaması bir sıra şirkət və müəssisələrin narazılığına səbəb olub. Eyni zamanda Avstraliya həmkarlar ittifaqları bu hadisəni alqışlayaraq, bunu işləyən vətəndaşlar üçün tarixi hadisə adlandırıblar.

Qanun hazırda 15 nəfərdən az işçisi olan şirkət və müəssisələrə şamil edilir. Bir ildən sonra oxşar tələblər böyük təşkilatlara da şamil edilməyə başlayacaq. Bu mövzuda münaqişə yaranarsa, məsələ işçilər və rəhbərlik arasında "şirkət və ya müəssisə səviyyəsində müzakirə yolu ilə” həll edilməlidir. Qanunun pozulması halında işəgötürənə 93 min Avstraliya dollarına (63 min dollar) qədər cərimə kəsilə bilər. Oxşar qanunlar əvvəllər Fransa, İspaniya, Belçika və bir sıra Latın Amerikası ölkələrində qəbul edilib.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->