HƏMAS və İsrail arasında müharibə başlayandan bəri ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) Fələstinin yüksək rütbəli liderləri, habelə Qəzza zolağında yaraqlılar tərəfindən saxlanılan girovlar haqqında məlumat toplayır.
Qaynarinfo xəbər verir ki, bu "The New York Times" mənbələrə istinadən
yazıb.
NYT qeyd edir ki, kəşfiyyat məlumatları İsrail tərəfinə ötürülür.
ABŞ rəsmilərinin NYT-yə verdiyi məlumata görə, oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumundan sonra ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sullivan qrup rəhbərliyinə dair kəşfiyyat məlumatları toplayacaq xüsusi qrupun yaradılmasına göstəriş verib. Qəzet yazır ki, İsrailin əməliyyatı çərçivəsində Ağ Ev bu məlumatların toplanmasına üstünlük verib.
İsrailin hesablamalarına görə, HƏMAS-da təxminən 20-25 min yaraqlı var. 2023-cü ilin sonuna qədər İsrail hakimiyyəti amerikalı həmkarlarına yaraqlıların təxminən 1/3-nün öldürüldüyü barədə məlumat verib. Materialda deyilir ki, HƏMAS liderləri tutulmayıb və öldürülmədiyi üçün MKİ kəşfiyyatının bu işdə nə qədər dəyərli olduğu bəlli deyil.
Aydın
Şərhlər