Xəbər lenti

Dünya 12:31 21.10.2025

"Netflix" ABŞ-ın ən məşhur ailəsinin sirrlərini açacaq

"Netflix” ABŞ tarixinin ən nüfuzlu ailələrindən biri olan Kennedilərə həsr edilmiş çoxseriyalı dramatik layihəni rəsmi şəkildə sifariş edib.

Qaynarinfo xəbər verir ki, "Variety” nəşrinin məlumatına görə, "Kennedy” adlı serial Frederik Loqevallın "JFK: Coming of Age in the American Century, 1917–1956” kitabı əsasında çəkiləcək. 

Ailənin patriarxı Cozef Kennedi obrazını "Bədbəxtlər dəstəsi” və "X-Men: Birinci sinif” filmləri ilə tanınan Maykl Fassbender canlandıracaq.

"Kennedy" müasir tarixdəki ən məşhur nəsli formalaşdıran şəxsi həyatları, məhəbbətləri, rəqabətləri və faciələri üzə çıxarır və bu insanların bugünkü dünyanı necə formalaşdırdıqlarını göstərir. 1930-cu illərdən başlayan ilk mövsüm Co və Rouz Kennedi ilə onların doqquz övladının hekayəsini nəql edir. Onlardan biri – üsyankar ikinci oğul Cek – böyük qardaşı, ailənin "qızıl uşağı”nın kölgəsindən çıxmağa çalışır.

Nəşrin məlumatına görə, layihə ideyası iki ilə yaxın müddətdə formalaşıb. "Netflix” bu serialı əvvəldən "Tac” ("The Crown”) serialının Amerika versiyası kimi görür və Kennedi ailəsinin yüksəlişindən ABŞ siyasətindəki hegemonluğuna qədər olan yolu izləməyi planlaşdırır.

Serialın şourunneri və icraçı prodüseri "Kassl-Rok” layihəsi ilə tanınan Sem Şou olacaq. Birinci mövsümün çəkilişlərinə yaxın vaxtlarda start veriləcək və o, səkkiz bölümdən ibarət olacaq.

Xatırladaq ki, yaxınlarda "Netflix”də "Ginneslərin evi” adlı serialın ilk mövsümü təqdim olunub. Serial məşhur pivə imperiyasının qurucusunun ailə tarixindən bəhs edir. Ailənin varislərindən biri ekran işini tənqid edərək müəllifləri faktların təhrifində günahlandırıb.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->