Xəbər lenti

Nərimanovda bina sökülür: Hər tərəfi toz bürüyüb, sakinlər narazıdır (VİDEO)
Ölkə 16:22 02.11.2024

Nərimanovda bina sökülür: Hər tərəfi toz bürüyüb, sakinlər narazıdır (VİDEO)

Nərimanov rayonu, Fətəli xan Xoyski prospekti 111 ünvanında yerləşən yaşayış binası sökülür. 

Qaynarinfo-nun məlumatına görə, söküntü işləri günorta vaxtı aparılır. 

Ərazidə yaşayan insanlar söküntü işlərinin kobud şəkildə aparılmasından narazıdırlar.

"Hava küləkdir, hər yanda da söküntü gedir. Küçələr və yaxınlıqda olan yaşayış binaları toz-torpaq içindədir", deyə sakinlər bildirib.

Prospektin 111 ünvanından keçən avtomobillər də toz-dumana bürünüb. Söküntü gedən ərazidə heç bir dövlət qurumunun nümayəndəsi gözə dəymir. 

İnsanlar bildirir ki, evdə bir pəncərə dəyişəndə Nərimanov rayon İcra Hakimiyyətinin əməkdaşları üzə çıxdığı halda, söküntü ərazisində heç kim gözə dəymirlər. 

Aydın

 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->