Xəbər lenti

Nazirin işdən çıxardığı Xalq artistinin oğlu işsiz qalıb
Ekonomiks 15:23 21.09.2023

Nazirin işdən çıxardığı Xalq artistinin oğlu işsiz qalıb

Əmək və əhalinin sosial müdafiə naziri Sahil Babayevin işdən çıxardığı Xalq artisti Şeyx Əbdül Mahmudbəyovun oğlu hələ də işsizdir.

Bu barədə Qaynarinfo-ya aktyorun özü məlumat verib. O bildirib ki, oğlunun işsiz olması ilə rəsmi olaraq heç bir dövlət qurumuna müraciət etməyib:

"Mətbuat vasitəsi ilə aidiyyatı qurumlara müraciət etmişik, hamı bilir ki, oğlum işsizdir. Gedib kiminsə qapısında boyun bükən adam deyiləm. Odur ki, işsiz qalmaqda davam edir. İndi də dövləti işləri çoxdur, əsas Qarabağ məsələsidir, bitsin, görək başımıza necə əlac qıla bilərik. Çünki bu zəmanədə işsiz olmaq ac qalmaq deməkdir".

Qeyd edək ki, bir müddət öncə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Xalq artisti Şeyx Əbdül Mahmudbəyovun oğlu Babək Mahmudovu işdən çıxarıb. Nazirin müvafiq əmri ilə o, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyinin baş əmək müfəttişi (kiçik müşavir) tutduğu vəzifəsindən azad olunub. Xalq artisti oğlunun işdən çıxarılmasına görə Sahil Babayevə qarşı bir sıra ittihamlar səsləndirib.

Azra

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->