Xəbər lenti

NATO Ukraynaya yardımı Trampdan qorumaq niyyətindədir -
Dünya 17:05 10.07.2024

NATO Ukraynaya yardımı Trampdan qorumaq niyyətindədir - "Bild"

Donald Trampın mümkün prezidentliyi fonunda Ukraynanın NATO-dakı tərəfdaşları alyansın hərbi yardımını bu siyasətçinin potensial təsirindən qorumağa çalışır.

Xatırladaq ki, o, Rusiya Federasiyası ilə Ukrayna arasında müharibəni "24 saat ərzində” bitirəcəyini dəfələrlə bəyan edib. Bu o demək ola bilər ki, o, Ukraynanı ilhaq etdiyi Krımdan və digər işğal olunmuş ərazilərdən imtina etməyə məcbur edəcək. Əks halda, Kiyev artıq ABŞ-dan nə silah, nə də yardım alacaq.

Berlin Beynəlxalq Münasibətlər üzrə Avropa Şurasının analitik mərkəzinin hərbi eksperti Qustav Qressel izah edib ki, ABŞ-ın rəhbərlik etdiyi Visbadendəki komandanlıq 2022-ci ilin noyabrından Ukraynaya silah tədarükünü koordinasiya edir. İyunun 14-də isə NATO-nun baş katibi Yens Stoltenberq alyansın Ukraynaya silah tədarükünün beynəlxalq koordinasiyası üçün qərargah açacağını bəyan edib.

Qaynarinfo xəbər verir ki, bu barədə "Bild" yazır.

"İndiyədək NATO-ya üzv ölkələr və sənaye təchizatla bağlı ABŞ-ın rəhbərlik etdiyi komandanlığı könüllü şəkildə məlumatlandırıb. İndi bu, NATO daxilində daha məcburi və institusionallaşacaq", - Qressel izah edib.

Onun sözlərinə görə, NATO-nun Ukraynaya hərbi yardımı "Trampdan qorunmalıdır, çünki o, sükanı ələ keçirsə, Amerika komandanlığını [Visbadendəki] istənilən vaxt qələm zərbəsi ilə bağlaya bilər”. "Bir fərman və o işinə getdi, amma NATO komandanlığını bağlamaq üçün alyansın qərarı lazımdır və əlbəttə ki, bunu asanlıqla əldə etməyəcəksiniz", - Qressel vəziyyətin nüanslarını qeyd edib. 

NATO-dakı mənbə bildirib ki, Tramp Ukraynaya dəstəyini geri götürsə, alyans "oradakı [Visbadendəki] amerikalı generalları fransız, alman və ya britaniyalı generallarla əvəz edəcək və əvvəlki kimi fəaliyyətinə davam edəcək”.

NATO-nun Ukraynaya yardımı

NATO-ya üzv ölkələr Ukraynaya daimi yardımın tərəfdarıdır. Hətta onun daimi olması barədə danışmağa başlayıblar.

Eyni zamanda, hələ ABŞ prezidenti olmayan Donald Tramp artıq dəfələrlə Amerikanın Ukraynaya yardımını kəsməklə hədələyib və necə olacağını açıqlamasa da, 24 saat ərzində Ukraynadakı müharibəni bitirəcəyini bildirib.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->