Xəbər lenti

Müştəri
Ölkə 13:50 16.08.2024

Müştəri "Extra" klubda onu yerə yıxan şəxsdən şikayət etdi - Özü tutuldu

Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində yerləşən "Extra" klubda söyüş söyən şəxs saxlanılıb.

Qaynarinfo-nun məlumatına görə, hadisəyə görə 1987-ci ildə Bərdə rayonunun Otuzikilər kəndində anadan olmuş Z.B.-yə İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib. 

Belə ki, Z.B. "Extra" klubda olan zaman tanımadığı şəxs onu dəfələrlə itələyərək, yerə yıxıb. O, içkili halda DİN-nin 102 Zəng Mərkəzinə zəng vuraraq, həmin şəxs barəsində şikayət edib. Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Z.B. "Extra" klubun qarşısında şikayət etdiyi şəxsi söydüyü üçün özü saxlanılıb. 

Məhkəmənin qərarı ilə Z.B. İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinib və barəsində 15 gün müddətinə həbs edilib.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->