Xəbər lenti

Münxen konfransı İran XİN başçısına göndərilmiş dəvəti ləğv edib
Siyasət 20:11 16.01.2026

Münxen konfransı İran XİN başçısına göndərilmiş dəvəti ləğv edib

İranın xarici işlər naziri Abbas Əraqçi Münxen təhlükəsizlik konfransında iştirak edə bilməyəcək.

"Report"un "Sky News"ə istinadən xəbər verir ki, qərar təşkilatçılar tərəfindən İranda etirazların sərt şəkildə yatırılması fonunda qəbul edilib.

Təşkilatçıların bəyanatında qeyd olunub ki, bir neçə həftə əvvəl İran hökumətinin nümayəndələrinə, o cümlədən Abbas Əraqçiyə dəvət göndərilib, lakin cari hadisələr fonunda Münxen təhlükəsizlik konfransı bu dəvətləri geri çəkir.

Münxen təhlükəsizlik konfransı 13-15 fevral tarixində keçiriləcək.
--> -->