2015-ci ildə ləğv edilən Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsinin keçmiş rəisi, hazırda həbsdə olan Mövlam Şıxəliyev 8 milyon dollar borclanıb.
Qaynarinfo xəbər verir ki, məhkəmə qərarı ilə o, İbrahim Zeynalov adlı vətəndaşa 8 milyon dollar ödəməlidir.
İbrahim Zeynalov "MTN işi”ndə zərərçəkən kimi tanınıb.
O, MTN əməkdaşları tərəfindən qondarma ittihamlarla həbs edilib. 7 ay 17 gün sözügedən qurumun təcridxanasında saxlanılıb. Daha sonra 8 milyon dollar müqabilində azadlığa buraxılıb.
İbrahim Zeynalov Mövlam Şıxəliyev və dirgərlərinin cinayət işi üzrə ibtidai istintaqda və Bakı Hərbi Məhkəməsində keçirilən məhkəmə istintaqında verdiyi ifadədə əsasən Mövlam Şıxəliyevlə, Baş İstintaq İdaərsinin 1-ci şöbənin rəisi olmuş Yasin Məmmədov Yasin Məmmədovu ittiham etmişdi.
Seyid
Şərhlər