Xəbər lenti

MKİ rəhbəri:
Dünya 08:57 21.07.2023

MKİ rəhbəri: "ABŞ Priqojinin üsyanı barədə əvvəlcədən məlumatlı olub"

ABŞ hakimiyyəti "Vaqner" rəhbəri Yevgeni Priqojinin gözlənilən üsyanı barədə əvvəlcədən məlumatlı olub.

Qaynarinfo xəbər verir ki, bu barədə Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns bildirib.

Amma MKİ rəhbəri heç bir təfərrüat açıqlamayıb: "Bayden bunu əvvəlcədən bildiyimizi deyəndə qısa danışdı. Mən əlavə təfərrüata varmayacağam”.

Qeyd edək ki, iyunun 23-də Priqojin Moskvaya qarşı "ədalət yürüşü” elan edib. "Vaqner” döyüşçüləri Rostov-na-Donuda hərbi obyektlərə nəzarət əldə edib və hərbi texnika ilə bir neçə rayona daxil olublar. 

Rusiya hakimiyyəti Priqojinin hərəkətlərini üsyan cəhdi adlandırıb. Vəziyyət iyunun 24-də Belarus prezidenti Aleksandr Lukaşenkonun vasitəçiliyi ilə tənzimlənib. Priqojin Belarusa yollanıb, üsyanla bağlı cinayət işi bağlanıb. İyunun 29-da Vladimir Putin "Vaqner"in döyüşçüləri ilə görüşüb.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->