Birləşmiş Ştatlarda aktivləri olan britaniyalı milyarder Riçard Branson Amerikanın hazırkı prezidenti Co Baydeni seçkilərdə iştirakdan imtina etməyə və estafeti gənc nəslə ötürməyə çağırıb.
Qaynarinfo xəbər verir ki, o, bu barədə "Virgin Group" saytındakı bloqunda bildirib.
Sahibkarın fikrincə, Baydenin nəyin təhlükə altında olduğunu düşünməsi və namizədlikdən imtina etməsinin vaxtı çatıb.
"İstər biznesdə, istərsə də siyasətdə uzaqgörən liderliyin əlamətdar xüsusiyyəti qalıcı miras yaratmaqdır və bu, məşəlin nə vaxt ölkəni və bəşəriyyəti ələ keçirə və irəli apara biləcək gənc nəslə ötürməsini bilməkdən ibarətdir", deyə milyarder yazır.
İyulun 13-də "Politico" yazıb ki, ABŞ-ın 24 keçmiş demokrat konqresmenindən ibarət qrup Baydenə məktub göndərərək onu prezident seçkilərində iştirakdan imtina etməyə çağırıb.
Bu arada ABŞ Demokratlar Partiyasına bəzi əsas donorlar 90 milyon dollar məbləğində ianələrin köçürülməsini partiya prezident seçkilərində Co Baydenin yerinə yeni namizəd tapana qədər dayandırıb.
İyulun 4-də bildirilmişdi ki, Baydenin Donald Trampla debatda uğursuz çıxışından sonra Demokratlar Partiyasının nümayəndələri ABŞ-ın hazırkı prezidentini yarışında əvəz etməyin mümkünlüyünü yox, yolunu müzakirə edirlər.
Aydın
Şərhlər