"Bavariya"nın və Almaniya millisinin qapıçısı Manuel Noyer dəri xərçəngindən üç dəfə əməliyyat olunduğunu etiraf edib.
Qaynarinfo bu barədə Sport1.de saytına istinadən xəbər
verir.
"Mənim dəri xəstəliyi ilə bağlı şəxsi tarixçəm var. Üzümdə dəri xərçəngi var idi. Bu səbəbdən üç əməliyyat keçirməli oldum. İndi günəşdən qorunmağa daha çox diqqət yetirirəm, çünki həmişə açıq havada məşq edirəm və asudə vaxtımı təbiət qoynunda keçirməyi xoşlayıram”, deyə Noyer bildirib.
Qeyd edək ki, Noyer 2011-ci ildən "Bavariya"da çıxış edir. Futbolçu "Şalke”nin yetirməsidir. 2009-cu ildən Almaniya millisinə çağırılan qolkiper dünya çempionu olub (2014). Noyer Braziliyada keçirilən dünya çempionatında "Ən yaxşı qapıçı" seçilib.
Nizami Bağırov
Şərhlər