Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi respublika üzrə bir sıra təhsil müəssisələrində təmiri işləri ilə bağlı tenderə yekun vurub.
Qaynarinfo-nun məlumatına görə, tenderin qalibi "Koneks Construction" MMC seçilib. Təmir işlərinə görə, şirkətə 4 321 148,68 manat ödəniləcək.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "Koneks Construction" MMC 27 noyabr 2019-cu ildə qeydiyyata alındığı göstərilir. Şirkətin nizamnamə kapitalı 10 AZN-dir. Hüquqi ünvanı Bakı şəhəri Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsi, ev 39, mənzil 202-də yerləşən MMC-nin qanuni təmsilçisi Fərzəliyev Mehdi Məhəmmədəli oğludur.
Açıq mənbələrdə şirkət və qanuni təmsilçisi haqqında heç bir məlumat yoxdur. Amma şirkət satınalma müsabiqələrində fəal iştirak edir.
Yeri gəlmişkən, dövlət satınalmalarının vahid internet portalı üzərindən apardığımız araşdırmadan məlum olur ki, "Koneks Construction” MMC yalnız təmir-tikinti işləri ilə bağlı deyil, geyim, təsərrüfat və dəftərxana mallarının satın alınması ilə bağlı keçirilən müsabiqələrdə qalib olub.
Seyid
Şərhlər