Maykl Ceksonun qızı, 26 yaşlı müğənni və aktrisa Paris Cekson narkotik və alkoqol asılılığından necə qurtulduğunu izah edən bir video paylaşaraq, beş ildir bu maddələrdən uzaq olduğunu qeyd edib.
Qaynarinfo xəbər verir ki, video məşhurun Instagram hesabında yayımlanıb.
Video onun dostları ilə əylənməsi, spirtli içki içməsi və ağladığı görüntülərlə başlayır. Paris deyib:
"Bu gün narkotiklərdən və alkoqoldan uzaq olmağımın beşinci ilini qeyd edirəm. Bunun üçün minnətdar olmaq ifadəsi çox yüngül qalır".
O, asılılıqlardan qurtulmaq qərarının ona həyatında müsbət dəyişikliklər gətirdiyini vurğulayıb:
- Musiqi yaratmaq,
- Ev heyvanlarından zövq almaq,
- Gülümsəmək və gülmək,
- İnsanlara yenidən güvənmək.
- Ailənin dəstəyi
Parisin bibisi, məşhur pop ulduzu Maykl Ceksonun böyük bacısı La Toya Cekson onun bu uğurunu təbrik edərək, fəxr etdiyini bildirib.
Aydın
Şərhlər