Müğənni Ledi Qaqanın itlərini qaytaran Cennifer Makbrayd adlı qadına 500 min dollar ödəməsi tələb olunmur, çünki məhkəmə onun oğurluqda əli olduğunu sübut edib.
Qaynarinfo xəbər verir ki, bu barədə "People" məlumat yayıb.
Fevral ayında məhkəmə Makbraydın Ledi Qaqanın iki fransız buldoqunun oğurluğunda əli olduğuna qərar verib və o, oğurlanmış itləri gizlətdiyinə görə şərti cəza alıb. Hadisədən sonra Makbrayd itlərini qaytaran şəxsə mükafat olaraq vəd etdiyi 500 min dolları ödəməkdən imtina etdiyi üçün müğənnini məhkəməyə verib.
İndi Los-Anceles məhkəməsi belə nəticəyə gəlib ki, Makbraydın dəlilləri onun oğurluqda iştirakı etməməsini sübuta yetirmək üçün kifayət deyil və buna görə də onun mükafatdan faydalanmaq hüququ yoxdur.
Qeyd edək ki, 2023-cü ilin fevral ayının sonunda ulduzun itləri qaçırılıb. Həmin şəxslər Ledi Qaqanın köməkçisinə itləri gəzdirərkən atəş açıb və iki buldoqu aparıblar. Müğənni itlərin qaytarılmasına görə 500 min dollar mükafat elan edib, bir neçə gün sonra qadın itləri onun evinə gətirib.
Aydın
Şərhlər