Rusiyada keçmiş Suriya diktatoru Bəşər Əsədin zəhərlənməsi faktı təkzib edilib. Əsədin mümkün zəhərlənməsi ilə bağlı məsələyə Rusiya xarici işlər naziri Sergey Lavrov münasibət bildirib.
Qaynarinfo xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.
Lavrovun sözlərinə görə, bütün deyilənlər sadəcə şayiələrdir və keçmiş Suriya diktatorunun heç bir problemi yoxdur:
"Biz sırf humanitar mülahizələrlə Bəşər Əsədə və ailəsinə sığınacaq verdik. Onun paytaxtımızda yaşaması ilə bağlı heç bir problemi yoxdur, heç bir zəhərlənmə hadisəsi baş verməyib. Əgər belə şayiələr dolaşırsa, onların məsuliyyətini bu xəbərləri yayanların vicdanına buraxıram".
Nazir bu sözləri Kremlin jurnalistlərinin Əsədin sağlamlıq vəziyyəti barədə sualına cavab olaraq deyib.
Xatırladaq ki, bir müddət əvvəl KİV-də Bəşər Əsədin ağır simptomlarla reanimasiya şöbəsinə yerləşdirildiyi və bir neçə gün xəstəxanada qaldığı bildirilmişdi. Vəziyyəti sabitləşdikdən sonra o, evə buraxılıb.
Məlumata görə, Əsəd Moskvaya yaxın bir ərazidə, rus mühafizəsi altında bir villada yaşayır. O, demək olar ki, ictimaiyyət qarşısına çıxmır, baxmayaraq ki, çoxlu ziyarətçiləri olur.
Ailəsinə tətbiq edilən sərt məhdudiyyətlər – xüsusilə ictimai fəaliyyət qadağası – ilə yanaşı, ailənin dondurulmuş aktivlərindən istifadə qadağası da qüvvədədir.
Bundan əlavə, məlum olub ki, onun həyat yoldaşı Rusiyadan çıxış icazəsi almağa və öz vətəni olan Londona köçməyə çalışır. Bunun üçün əvvəlcə ərindən boşanmalı olduğu bildirilir. Hazırda o, lazımi sənədləri təqdim edib və qərarın gözlənildiyi qeyd olunur.
Alpər
Şərhlər